Liviya təyyarəsini qaçıran şəxslərin sərnişinləri buraxdığı barədə məlumat yayılıb.
“Sky News Arabia” telekanalının yaydığı xəbərə görə, təyyarə Maltaya endikdən sonra təyyarəni qaçıran şəxslər sərnişinləri buraxıb. Sərnişinlərin dəqiq sayı göstərilmir. Lakin heyət üzvlərinin hələ də girovluqda saxlanıldığı bildirilir.
Qeyd edək ki, bu gün “Afriqiyah Airways” şirkətinə məxsus və Sebha-Tripoli daxili reysi ilə uçuş həyata keçirən Liviya təyyarəsi qaçırılıb. Daha sonra təyyarə Maltada yerə enib. Təyyarədə 7-si heyət üzvü olmaqla, 118 nəfər olub.
15:26
Liviyanın "Afriqiyah Airways" aviaşirkətinə məxsus sərnişin təyyarəsi qaçırılıb.
"Reuters" agentliyinin yaydığı xəbərə görə, içərisində 118 nəfər olan təyyarə Maltaya enib.
İlkin məlumata əsasən 2 naməlum şəxs təyyarəni partlamaqla hədələyib. Onların tələbləri hələlik bəlli deyil. Bəzi xəbərlərə görə isə, təyyarədə olan silahlı şəxs tələblərinin yerinə yetiriləcəyi təqdirdə, sərnişinləri buraxacağını bildirib.
Apa©