İsveçrənin prezidenti Mərkəzi Demokratik-Xristian Partiyasının nümayəndəsi Doris Loytxard seçilib.
Xarici mətbuatın yazdığına görə, seçkilər çərşənbə günü Berndə iki Federal iclasın (parlament) iki palatasının iclasında keçirilib.
Loytxard hökumətdə Federal ətraf mühitin mühafzəsi, nəqliyyat, energetika və rabitə departamentinə rəhbərlik edirdi.