İstanbulun Fateh rayonunda valyuta məntəqəsinə silahlı basqın olub.
"Hürriyyət" qəzetinin yazdığına görə, silahlı şəxslər məntəqəyə gələn iki nəfərə atəş açıb, təqribən 1,5 milyon lirə dəyərində valyutanı oğurlayaraq avtomobillə hadisə yerindən qaçmağa müvəffəq olub.
Xəstəxanaya yerləşdirilən yaralıların həyatı üçün təhlükə olmadığı bildirilir.
Polis ərazidə araşdırma aparır.