İstanbulda törədilən terror aktı nəticəsində şəhid olanların sayı 44-ə çatıb.
Türk mətbuatının yazdığına görə, ölənlərdən 36-sı polis əməkdaşı, 8-i mülki vətəndaşdır.
Terror nəticəsində 155 nəfər yaralanıb.
Qeyd edək ki, dekabrın 10-da İstanbulun Beşiktaş rayonunda terror aktı törədilib. Terrorun məsuliyyətini terrorçu PKK qruplaşması üzərinə götürüb.