İsrailin baş naziri Benyamin Netanyahu dekabrın 13-də Azərbaycana rəsmi səfər edəcək. B. Netanyahu Azərbaycanda bir gün qalacaq, növbəti gün Qazaxıstana yola düşəcək.
Bu, B. Netanyahunun baş nazir kimi hər iki ölkəyə ilk səfəri olacaq.
Azərbaycana səfəri zamanı o, prezident İlham Əliyevlə görüşəcək. Səfər çərçivəsində iqtisadi sahədə əməkdaşlığa dair bir sıra sənədlərin imzalanması gözlənilir.