Misirin paytaxtı Qahirənin ətrafında Abu-Dabidəki İslam Bankının qadın baş direktoru Nevin Lufinin meyiti aşkarlanıb.
İsrail KİV-i məlumat verir ki, hadisə yerinə gələn polis əməkdaşları onun üzərində çoxsaylı bıçaq yarası aşkarlayıb.
Məlumata görə, N.Lufi ərəb ölkələrində bankın baş direktoru olmuş ilk qadındır. O, 1976-cı ildə Qahirədəki Amerika Universitetində iqtisadiyyat üzrə birinci dərəcəli təhsil aldıqdan sonra “Citibank”ın Misir paytaxtındakı şöbəsində maliyyə təhlilçisi vəzifəsində işləməyə başlayıb.
N.Lufi həmçinin ABŞ və Avropa ölkələrinin banklarında işləyib. O, inkişaf edən bazar, kapitalın idarə edilməsi və kredit riski məsələləri üzrə ixtisaslaşıbmış.