İran prezidenti Həsən Ruhani ölkənin nüvə enerjisi təşkilatının başçısına üzən atom stansiyasının inşasına dair plan hazırlamağı tapşırıb.
APA-nın “Reuters”ə istinadən verdiyi xəbərə görə, İran prezidenti bu addımı ABŞ-ın ölkəsi ilə nüvə razılaşmasını pozduğuna görə atdığını açıqlayıb.
Nüvə razılaşmasına əsasən, rəsmi Tehran nüvə silahının hazırlanmasına dair bütün işləri dayandırır və nüvə yanacağının böyük hissəsini məhv edir. Bundan əlavə, İran nüvə Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) ekspertlərini öz nüvə obyektlərinə buraxmalıdır. Əvəzində isə qərb dövlətləri İrana qarşı tətbiq olunan sanksiyaları aradan qaldırmalıdır.