Prezident İlham Əliyev Davosda “LafargeHolcim” şirkətlər qrupunun rəhbəri Erik Olsen ilə görüşüb.
FED.az xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.
Görüşdə “LafargeHolcim” şirkətlər qrupunun rəhbəri Erik Olsen ətraf mühitin qorunması, məişət tullantılarının yandırılması sahəsində bu şirkətlər qrupunun gördüyü işlər və imkanları barədə dövlətimizin başçısına məlumat verdi. Erik Olsen Azərbaycanı əməkdaşlıq baxımından cəlbedici ölkə kimi dəyərləndirərək respublikamızla əlaqələr qurmağa hazır olduqlarını vurğuladı.
Söhbət zamanı əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.