Hindistanın şimalında sərnişin qatarının 14 vaqonunun relsdən çıxaraq aşması nəticəsində ölənlərin sayı 100-ə çatıb, 200 nəfər xəsarət alıb.
Fed.az xəbər verir ki, bu barədə Frans Press-ə Kanpur şəhərinin polis rəisi Zəki Əhməd bildirib.
İnsident Pukrayan şəhəri yaxınlığında baş verib. Qəzanın səbəbi hələlik məlum deyil. Qəzanın relsin sınması nəticəsində baş verməsi istisna olunmur.