Banner

Son Xəbərlər

"Günəşli" platformasında itkin düşən var TƏCİLİ

"Günəşli" platformasında itkin düşən var TƏCİLİ | FED.az
14:04 8 Noy 2016

Xəzərdə "Dərinsulu Günəşli" platformasında insan itkin düşüb.

"Azəri-Çıraq-Günəşli" yataqlar blokunun işlənməsi layihəsinin əməliyyatçısı olan BP-dən yerli mətbuata verilən məlumata görə, platformadakı qazma podratçısının bir işçisi bu gün səhər itkin düşüb.

Hadisənin təfərrüatları hazırda araşdırılır.

BP qəzalara qarşı cavab tədbirləri qrupunu səfərbər edib və itkin düşmüş şəxsin tapılması üçün zəruri tədbirlər görür. Xəzər dənizində axtarış və xilasetmə resursları da hazırda səfərbər edilib.

Həmin şəxsin ən yaxın ailə üzvləri və müvafiq hökumət orqanları bu barədə məlumatlandırılıb. BP hadisə ilə bağlı cavab tədbirləri görmək üçün hökumət orqanları ilə sıx işləyir.

Əlavə suallar üçün aşağıdakı telefon nömrəsi vasitəsilə BP-nin mətbuat xidməti ilə əlaqə saxlamaq olar: (+994 55) 422 34 69


Digər xəbərlər

Banner