"Regionun inkişafı Türkiyənin nailiyyətlərindən asılıdır".
Anadolu agentliyinin verdiyi xəbərə görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib.
R.T.Ərdoğan bildirib: "Biz dəfələrlə regionun inkişafının Türkiyənin nailiyyətləri ilə sıx əlaqədə olduğuna şahidlik etmişik. Əlbəttə ki, bu mövzuda ölkəmizin üzərinə böyük məsuliyyət düşür. Amma bu, Türkiyə üçün şərəfdir".