Türkiyənin ingiliscə xəbər telekanalı olan TRT World-un təqdimat mərasimi keçirilib.
Fed.az xəbər verir ki, mərasimdə iştirak edən Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan TRT World-unTürkiyənin dünyaya açılan pəncərəsi olacağına inandığını bildirib: “Tarixi, mədəni və coğrafi baxımdan güclü köklərə sahib olan Türkiyə kimi bir ölkənin ətrafında baş verən hadisələrə gözünü yumması mümkün deyil”.
Qeyd edək ki, 2014-cü ildə yaranan TRT World, 2015-ci ildən etibarən test yayımına başlayıb. Mərkəzi İstanbulda yerləşən telekanalın London və Vaşinqtonda xəbər mərkəzləri fəaliyyət göstərir.