Bu barədə Fed.az-a xarici işlər nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Prezident Kolinda Qrabar-Kitaroviç ölkəmizə səfərindən, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ilə keçirdiyi görüşlərdən və ölkələrimiz arasında əməkdaşlığın inkişafına dair apardığı hərtərəfli müzakirələrdən dərin məmnunluq hissi keçirdiyini bildirib.
Görüş əsnasında Azərbaycan və Xorvatiya arasında ikitərəfli və çoxtərəfli əlaqələrin inkişafı, turizm, nəqliyyat, dinlər və mədəniyyətlərarası dialoqun təşviq edilməsi və digər sahələrdə əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparılıb.