Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Rusiyaya səfər edəcək.
Nazir Bakıda Cibutinin xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Mahmud Əli Yusufla birgə təşkil etdiyi brifinqdə deyib: "Mart ayında Moskvaya rəsmi səfərim olacaq".
Nazir Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlar prosesi ilə bağlı nikbin olmadığını deyib:
"Ermənistanın xarici işlər naziri münaqişənin nizamlanması prosesini müsbət qiymətləndirməyə şans qoymadı. Mən Moskvaya səfərim zamanı münaqişənin nizamlanmasını müzakirə etmək niyyətindəyəm".