Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev dekabrın 16-da Sabirabad şəhərində vətəndaşları qəbul edəcək.
Nazirliyin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən Fed.az-a verilən məlumata görə, qəbulda Şirvan şəhəri, Hacıqabul, İmişli, Saatlı, Sabirabad və Füzuli rayonlarından olan vətəndaşlar iştirak edəcək.
Vətəndaşlar nazirliyin [email protected] elektron poçt ünvanı, e-services. mct.gov.az elektron xidmətlər saytı, telefon məlumat sistemi (qaynar xətt): 147 və ya (012) 493-55-21 nömrəli telefon vasitəsilə qəbula yazıla bilərlər.