Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev dekabrın 8-də Gürcüstanın paytaxtı Tbilisiyə səfərə gedib.
Mədəniyyət və Turizm Nazirliyindən Fed.az-a verilən məlumata görə, səfər çərçivəsində Ə.Qarayev Avropa İttifaqı və Gürcüstanın Mədəniyyət və Abidələrin Mühafizəsi Nazirliyinin təşkil etdiyi beynəlxalq forumda iştirak edəcək.
Nazir, eyni zamanda bir sıra görüşlər keçirəcək, tarixi abidələrə baş çəkəcək, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Tbilisinin mərkəzi parkında ucaldılmış abidəsi önünə əklil qoyacaq.