Son Xəbərlər

Düşmənin təxribat qrupu məhv edilib

Düşmənin təxribat qrupu məhv edilib | FED.az
12:50 2 Mart 2017
Martın 2-nə keçən gecə cəbhənin Ağdərə-Tərtər istiqamətində Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupu növbəti dəfə təxribat törətmək məqsədilə mövqelərimizə basqın etməyə cəhd göstərib.

FED.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, dərhal görülən tədbirlər nəticəsində düşmənin canlı qüvvəsi məhv edilib və o, geri çəkilməyə məcbur olub.

Nazirlik bildirir ki, qoşunlarımız heç bir itki verməyib və əməliyyat şəraiti tam nəzarətimizdədir.

Digər xəbərlər