Dünya Bankının (DB) ilə Azərbaycan hökuməti arasında əməkdaşlıq prespektivlərinin müzakirə edilməsi məqsədilə cari il fevralın 9-da bankın Avropa və Mərkəzi Asiya üzrə vitse-prezidenti Siril Muller Bakıya səfər edəcək.
FED.az xəbər verir ki, bu barədə Trend-ə özəl olaraq bankın yerli nümayəndəliyindən məlumat veriblər.
Bankdan verlən məlumatda qeyd olunur ki, S.Muller Bakıda 1 gün olacaq: "Vitse-prezidentin Bakıda olduğu müddət ərzində hökumət nümayəndələri ilə görüşlər keçirəcəyi planlaşdırılıb".
Qeyd edək ki, o, bu vəzifəyə 2015-ci il iyul ayında təyin olunub.