Son Xəbərlər

Dardanel boğazında iki neft tankeri toqquşub

Dardanel boğazında iki neft tankeri toqquşub | FED.az
12:48 30 Noy 2016

Dardanel boğazında iki neft tankeri toqquşub.

Türkiyə mətbuatının yaydığı məlumata görə, tankerlərdən biri - Türkiyə bayrağı altında üzən, yükü 140 min ton olan "Beşiktaş Bosphorus" Novorossiysk limanından İtaliyanın Triest limanına hərəkət edib.

Baham adalarının bayrağı altında üzən, yükü 4700 ton neft olan digər tanker - "Chryssi" isə Rusiyanın Qafqaz limanından Vallettaya gedirmiş.

Hadisənin təfərrüatları barədə məlumat verilmir.

Digər xəbərlər

Banner