Cənubi Koreya parlamenti ölkə prezidenti Park Geun-hyenin vəzifəsindən uzaqlaşdırılması barədə qərar qəbul edib.
Adı korrupsiya qalmaqalında hallanan xanım prezidentə impiçment elan olunub. Səlahiyyətləri əlindən alınan dövlət başçısı haqda yekun qərarı Konstitusiya Məhkəməsi verəcək. Yekun qərar elan olunanadək prezidentin səlahiyyətlərini müvəqqəti olaraq baş nazir yerinə yetirəcək.