Dərinsulu Günəşli platformasının yaxınlığında dəniz dibindən çıxarılmış meyitin "KCA Deutag" şirkətinin əməkdaşı olduğu təsdiqlənib. Bu barədə Azəri-Çıraq-Günəşli yatağının işlənməsi layihəsinin əməliyyatçısı olan BP şirkətindən məlumat verilib.
"Azəri-Çıraq-Günəşli yatağının işlənməsi layihəsinin əməliyyatçısı olan BP dərin təəssüf hissi ilə bildirir ki, Dərinsulu Günəşli platformasının yaxınlığında dəniz dibindən insan meyiti çıxarılmışdır. Meyit sahilə gətirilib və müvafiq hüquq mühafizə orqanlarına təhvil verilmişdir. Meyitin Dərinsulu Günəşli platformasında itkin düşmüş şəxsə məxsus olduğu onun işlədiyi şirkət olan "KCA Deutag" tərəfindən təsdiq olunub. Bütün əlavə sualların müvafiq hüquq-mühafizə orqanlarına ünvanlanması xahiş olunur", - deyə məlumatda bildirilir.