Gürcüstanın Dövlət Konstitusiya Komissiyasının tərkibi məlum olub. Parlamentin sədri İrakli Kobaxidze bu barədə sərəncam imzalayıb.
Bu barədə parlamentin sona çatan iclasında bildirilib.
Qeyd olunub ki, Dövlət Konstitusiya Komissiyasının 15 dekabr 2016-cı il 65-I nömrəli Əsasnaməsinin 1-ci bəndinin 107-ci “E” maddəsinin “L” yarımbəndinə əsasən, Konstitusiya Komissiyasının tərkibi təsdiq olunub.
Sərəncamda İrakli Kobaxidze komissiyanın sədri və Tamar Çuqoşvili komissiyanın katibi təyin olunub. Sərəncamda komissiyanın digər üzvləri də təsdiq edilib.
Sərəncama əsasən, Konstitusiya Komissiyasının tərkibinə parlament çoxluğunun azərbaycanlı deputatı Savalan Mirzəyev də daxil edilib. Sərəncam 2016-cı ilin 23 dekabrında qüvvəyə minib.
Apa©