Azərbaycanda müdafiə sənayesi sahəsində birgə istehsal güclərinin yaradılması nəzərdə tutulur.
APA-nın məlumatına görə, bu barədə Azərbaycanda ağır sənaye və maşınqayırmanın inkişafına dair Strateji Yol Xəritəsində deyilir.
Qeyd olunur ki, ölkəyə idxal olunan müdafiə sənayesi məhsullarının istehsalçıları ilə danışıqlar aparılaraq, ölkədə istehsalı mövcud olmayan məhsulların tam istehsal tsiklinin qurulması üzrə xarici investorlarla birgə müəssisələrin yaradılması üçün təkliflər veriləcək və bundan irəli gələn növbəti addımlar planlaşdırılacaq.