Son Xəbərlər

ABŞ-ın yeni prezidenti: "Düşmənçilik, müharibə deyil, dostluq axtaracağıq"

ABŞ-ın yeni prezidenti: "Düşmənçilik, müharibə deyil, dostluq axtaracağıq" | FED.az
14:05 9 Noy 2016

"Bütün amerikalıların prezidenti olacağam".

Fed.az-ın CNN-ə istinadən verdiyi məlumata görə, bunu ABŞ-ın yeni prezidenti seçilmiş Donald Tramp seçkinin nəticələrinin elan olunmasından sonra çıxışında deyib.

O, Demokratlar Partiyasının namizədi Hillari Klintonun ona zəng edərək qələbə münasibətilə təbrik etdiyini bildirib.

Qələbəsində payı olan hər kəsə minnətdarlığını çatdıran D. Tramp birlikdə çalışaraq ABŞ-ı yenidən quracaqlarını vurğulayıb: "ABŞ-ın maraqları əsas olsa da, hamıya qarşı ədalətli davranmağa çalışacaq, düşmənçilik, müharibə deyil, dostluq axtaracaq, bizimlə yaxşı münasibətlər qurmaq istəyən ölkələrlə biz də yaxşı münasibətlər quracağıq".

Digər xəbərlər