Maliyyə Bazarlarına Nəzarət Platası 2018-ci ilin yanvra-noyabr ayları üzrə sığorta göstəricilərini açıqlayıb.
FED.az hazırladığı renkinqə əsasən xəbər verir ki, bu ilin 11 ayında sığorta şirkətlərinin ümumən ödənişlərinin yığıma nisbəti 33,76% təşkil edib .
Bu ilin yanvar-noyabr aylarında ödənişi yığımın a nəzərən daha çox olan şirkət “A-Group Sığorta” ASC (123,74%) olub.
Digər şirkətlərdə isə göstəricilər belə olub: “Qala Həyat Sığorta” – 81,57%, “Atəşgah Sığorta” – 54,80%, “Günay Sığorta” – 53,85% və “AXA MBASK” – 50,55%.
Eləcə də bax: Sığorta ödənişi/yığım nisbəti üzrə renkinq (yanvar- noyabr, 2018) – CƏDVƏL 7
Ödənişin yığıma nisbəti daha az olan şirkət “Naxçıvan Sığorta” – 1,38% olub. 2-ci yerdə isə 5,86%-lə “İpək Yolu Sığorta”dır.
Digərlərində isə göstəricilər belə olub: “Meqa Sığorta” – 12,67%, “Qala Sığorta” – 12,99% və “Amrah Sığorta” – 14,16% .
Qalan 11 şirkətdə ödənişin yığıma nisbəti 19% - 46% aralığında dəyişib.
Yığdıqlarını ən çox və ən az qaytaran sığorta şirkətləri - SİYAHI
12:26
26 Dek 2018