“Xalq Sığorta” ASC ilə “Xalq Bank” ASC arasında əməkdaşlığa əsasən 01 iyun 2024-cü il tarixindən etibarən KASKO sığorta əldə etmək istəyən müştərilər 3 illik XalqKart Cashback və XalqKart Petrol kartlarını ödənişsiz əldə edəcəklər.
FED.az xəbər verir ki, kampaniya 01 sentyabr 2024-cü il tarixədək qüvvədə olacaq.
XalqKart Petrol ilə müştərilər həm ölkə daxilində, həm də xaricdə apardığı nağdsız ödənişlərdən 3% bonus qazanıb toplanmış bonusları ölkənin ən geniş Azpetrol YDM şəbəkəsində yanacağa dəyişə bilərlər. XalqKart Cashback kartı isə nağdsız əməliyyatlardan 2% keşbek qazandıran ödəniş kartıdır.
Bununla yanaşı, 31 iyuladək Xalq Bank filiallarında yerləşən Xalq Sığorta nümayəndəliklərindən səyahət sığortasını əldə edən hər kəs bankın Visa Platinum kartını hədiyyə olaraq qazanacaq. Kart 1 il müddətinə ödənişsiz verilir.
Visa Platinum kartı dünyanın istənilən nöqtəsində premium xidmətlərdən rahatlıqla yararlanma imkanı təqdim edir. Kartla səfər zamanı tibbi dəstək xidməti, 24/7 peşəkar Visa konsyerj servisi, LoungeKey proqramı çərçivəsində müxtəlif hava limanlarının biznes zallarına ödənişsiz keçid, hava limanlarında pulsuz sürətli keçid (Fast Track), müxtəlif ölkələrə viza alınması dəstəyi və havalimanlarına pulsuz transfer xidmətindən yararlanmaq mümkündür.
Qeyd edək ki, müştərilərinə daha yaxşı xidmət göstərmək və maraqlarını müdafiə etmək üçün xidmət səviyyəsinin daim yüksəldilməsinə önəm verən “Xalq Sığorta” ASC 2005-ci ildən fəaliyyətə başlayıb. 58 750 500 manat həcmində nizamnamə kaptalına malik olan şirkət tərəfdaş və müştərilər qarşısında öhdəliklərin vaxtında həyata keçirməklə sığorta bazarında yüksək imic qazanmışdır.