Mərkəzi Bank Azərbaycanın sığorta şirkətlərinin sığorta ödənişləri üzrə renkinqini açıqlayıb. Rəqəmlərə baxanda bir məqam xüsusilə diqqət çəkir: avtomobillərlə bağlı zərərlərin maliyyə yükü kifayət qədər böyükdür.
Məsələn, ölkənin aparıcı sığorta şirkətlərindən olan “PAŞA Sığorta” 2026-cı ilin iyul ayında icbari və KASKO sığortası üzrə 9.035.446 ₼ ödəniş edib. Avqustda isə bu məbləğ 10.072.958 ₼-a yüksəlib. Yəni cəmi bir ayda ödənişlər 1.037.512 ₼, başqa sözlə, 11%-dən çox artıb.
Bu rəqəmlər bir daha göstərir ki, yolda baş verən bir neçə saniyəlik hadisənin qiyməti heç də kiçik olmur. Ona görə sükan arxasında diqqətli olmaq, sürət həddinə əməl etmək, xüsusilə gecə və əlverişsiz hava şəraitində daha ehtiyatlı davranmaq vacibdir.
Amma ehtiyatlı sürmək hər riski sıfırlamır. Qəza baş verəndə avtomobilimizə dəyən zərərin qarşılanması üçün KASKO vacib rol oynayır. İcbari sığorta əsasən üçüncü şəxslərə vurulan zərərin qarşılanmasına xidmət edir, öz avtomobilimizə dəyən zərər isə KASKO təminatı ilə qarşılanır.
Yolda ehtiyat əldən verilməməlidir. Avtomobilin sığortası da. Çünki qəzanı bəzən bir anlıq diqqətsizlik yaradır, maliyyə yükünü isə aylarla daşımağa məcbur oluruq.














