Sığorta hadisələri üzrə zərərin qiymətləndirilməsi prosesində müstəqil ekspertlərin fəaliyyəti obyektiv və əsaslandırılmış qiymətləndirmənin təmin olunmasında mühüm rol oynayır.
FED.AZ xəbər verir ki, müstəqil ekspert sığorta hadisəsi nəticəsində yaranmış zərərin həcmini peşəkar meyarlar əsasında müəyyən edən və qiymətləndirmənin nəticəsini müvafiq sənədlərlə əsaslandıran mütəxəssisdir. Müstəqil ekspert fəaliyyəti qanunvericiliklə müəyyən edilmiş tələblər və prosedurlar çərçivəsində həyata keçirilir.
Sığortalı, sığorta olunan və ya faydalanan şəxs müəyyən edilmiş zərər məbləği ilə razı olmadıqda qanunvericiliyin nəzərdə tutduğu qaydada müstəqil ekspert qiymətləndirməsindən istifadə edə bilər. Bu mexanizm zərərin qiymətləndirilməsi ilə bağlı tərəflərin əlavə, peşəkar rəy əldə etməsinə imkan yaradır.
Müstəqil ekspertiza institutunun və skorinq mexanizminin tətbiqi ümumilikdə sığorta hadisələri üzrə zərərin qiymətləndirilməsi prosesində şəffaflığın, əsaslandırılmış yanaşmanın və peşəkar standartların gücləndirilməsinə töhfə verir.















