«Xalq Sığorta» avtomobilin icbari sığortasına görə 5 min manat ödəniş edib.
FED.az şirkətə istinadən xəbər verir ki, avto-icbari sığorta xidmətindən istifadə edən sığortalı "Mercedes Benz A160" markalı avtomobil, 3-cü şəxsə məxsus "Nissan Patrol" markalı avtomobillə toqquşub. Bunun nəticəsində, "Nissan Patrol" markalı avtomobilə dəyən zərərə görə şirkət tərəfindən 5000 AZN ödəniş həyata keçirilmişdir.