2024-cü ildə “Xalq Həyat Sığorta" şirkətinin birbaşa sığorta üzrə yığımları 11 milyon 365 min manat, sığorta ödənişlərində təkrarsığortaçıların payı 80,4 min manat, investisiya gəlirləri 1 milyon 735 min manat, cəmi gəlirləri isə 13 milyon 100 min manat təşkil edib.
FED.az bu barədə şirkətin maliyyə hesabatına istinadən xəbər verir.
Məlumata görə əvvəlki illə müqayisədə birbaşa sığorta üzrə yığımları 1 milyon 170 min manat (11,5%), sığorta ödənişlərində təkrarsığortaçıların payı 75,4 min manat (16,1 dəfə), cəmi gəlirləri isə 2 milyon 413 min manat (22,6%) artıb.
Fövqəladə gəlirlər isə 8,2 min manata bərabər olub.