Azərbaycanda daha bir həyat sığortası şirkəti fəaliyyət üçün lisenziya alıb. FED.az-ın əldə etdiyi məlumata görə, «Xalq Həyat Sığorta» şirkəti fəaliyyət üçün lisenziya alıb.
Bundan başqa, sözügedən şirkətə yeni sədr də təyin olunub. Belə ki, “Xalq Sığorta” şirkətinin sədr müavini Roman Vəliyev “Xalq Həyat Sığorta”nın sədri vəzifəsinə təyin edilib.
Xatırladaq ki, hazırda Azərbaycanda 3 həyat sığortası şirkəti fəaliyyəğ göstərir. Bunlar «Qala Həyat», «Atəşgah Həyat» və «Paşa Həyat» şirkətləridir.
Eləcə də bax: “Azərbaycandakı ticarət mərkəzlərini sığortalamaq - MÜMKÜN DEYİL"