Azərbaycan sığorta bazarının həyat sığortası üzrə ixtisaslaşmış aparıcı şirkətlərindən olan “Xalq Həyat Sığorta” şirkəti “Sea Breeze”lə əməkdaşlıq memorandumu imzalayıb.
FED.AZ xəbər verir ki, tərəflər arasında imzalanan bu əməkdaşlıq müqaviləsi “Sea Breeze”in müştəriləri üçün əlavə imkanlar yaratmaq və sığorta xidmətlərini daha geniş spektrdə təqdim etmək məqsədini daşıyır.
Memorandum həmçinin tərəflər arasında sığorta sahəsində səmərəli əməkdaşlığın qurulmasını, xidmətlərin inkişaf etdirilməsini və əməkdaşlığı möhkəmləndirəcək imkanların formalaşdırılmasını hədəfləyir.
Əməkdaşlıq çərçivəsində müştərilərə daşınmaz əmlak əməliyyatlarında dəstək göstəriləcək, maarifləndirici təşəbbüslər həyata keçiriləcək, “Xalq Həyat Sığorta”nın “Həyatın Yaşam Sığortası” növü üzrə imkanları genişlənəcək və “Sea Breeze” daşınmaz əmlakları müştərilər üçün daha əlverişli şərtlərlə təqdim olunacaq.
Bu addımlar xidmətlərin keyfiyyətini artıracaq, müştərilərə yeni maliyyə və reinvestisiya imkanları yaradacaq, həmçinin sığorta bazarında innovativ həllərin tətbiqi və müştəri məmnuniyyətinin yüksəlməsinə töhfə verəcək.