FED.az xəbər verir ki, bunu bu gün Bakıda keçirilən IX Azərbaycan Beynəlxalq Sığorta Forumu (“AIIF-2019”) da İqtisadi İslahatların Təhlili və Komunikasiya Mərkəzinin İcraaçı direktoru Vüsal Qasımlı bildirib.
Vüsal Qasımlı çıxışı zamanı təklif edib ki, sığorta şirkətləri avtomobillərdə olan used base insurance sistemindən faydalansınlar.
“Hansısa telefon zəngləri ilə müştərini cəlb etmək mümkün deyil. Müasir komunikasiya sistemlərindən istifadə etmək lazımdır”-deyə Vüsal Qasımlı bildirib
Onun sözlərinə görə, bütün dünyada sığorta şirkətləri müştəri ilə komunikasiya qurmaq üçün catbotlardan istifadə edir.
Həmçinin sığorta şirkətlərinin robot adviserlərin tətbiqinə ehtiyac var. Robot məsləhətçilərin olması vacib amildir - deyə Vüsal Qasımlı bildirib.