Azərbaycan Mərkəzi Bankı avtomobillərin icbari sığortası sahəsində ən çox şikayət olunan şirkətlərin adlarını açıqlayıb.
FED.az xəbər verir ki, «şikayət reytinqi»nə «Atəşgah Sığorta» və «AZSIĞORTA» şirkətləri başçılıq edir. Mart ayında ən çox şikayət bu şirkətlərdən daxil olub.
Qeyd edək ki, Şikayət indeksi xüsusi düstürla hesablanır. Dustura əsasən şirkətin şikayətlər üzrə bazar payı, həmin şirkətin müqavilələr üzrə bazar payına bölünür:
Şikayət indeksi = Şikayətlər üzrə bazar payı / Bağlanan müqavilələr üzrə bazar payı
Şikayətlər üzrə bazar payı - müvafiq sığortaçı üzrә şikayәtlәrin ümumi şikayәtlәrә nisbәti,
Balanan müqavilələr üzrə bazar payı - müvafiq sığortaçı üzrә bağlanan müqavilәlәrin sayının ümumi müqavilәlәrin sayına nisbәti.
Cədvəl. Avto-icbari sığorta üzrə şikayət indeksi, Aprel 2022 - Mart 2023
Sığortaçılar |
Şikayət indeksi |
“Atəşgah Sığorta” ASC |
2.91 |
"AzSığorta" ASC* |
2.35 |
"AtaSığorta" ASC |
2.16 |
"Günay Sığorta" ASC |
1.76 |
“İpək Yolu Sığorta” ASC*** |
1.50 |
"Bakı Sığorta" ASC |
1.49 |
"Azərbaycan Sənaye Sığorta" ASC |
1.45 |
"A-Qroup Sığorta" ASC |
1.14 |
"Xalq Sığorta" ASC |
1.13 |
“Azәrsığorta” ASC |
1.09 |
"Meqa Sığorta" ASC |
0.61 |
"Qala Sığorta" ASC |
0.41 |
“Paşa Sığorta” ASC |
0.19 |
"Naxçıvansığorta" ASC** |
0.00 |
Qeyd edək ki, “AZSIĞORTA” ASC-nin könüllü müraciәti әsasında şirkətin avto-icbari sığorta üzrә lisenziyasının qüvvәsi 11 sentyabr 2022-ci il tarixindәn mәhdudlaşdırılıb. Hazırda avto-icbari sığorta üzrә mövcud müqavilәlәrin hüquqi qüvvәsi davam etdiyindәn Şirkәt baş verәcәk sığorta hadisәlәrinin tәnzimlәnmәsini davam etdirir. Bu sәbәbdәn mövcud müqavilәlәr qüvvәsindә qaldığı müddәtdә Şirkәt üzrә şikayәt indeksinin hesablanması aparılacaqdır.
“Naxçıvansığorta” ASC üzrә indeks Naxçıvan Muxtar Respublikasının rayonlarına aid olan nәqliyyat vasitәlәrinә münasibәtdә daxil olan şikayәtlәr әsasında hesablanıb.
“İpək Yolu Sığorta” ASC-nin könüllü müraciәti әsasında avto-icbari sığorta növünün aparılması üzrә lisenziyasının qüvvәsi 24 yanvar 2023-cü il tarixindәn mәhdudlaşdırılmışdır. Hazırda avto-icbari sığorta üzrә mövcud müqavilәlәrin hüquqi qüvvәsi davam etdiyindәn Şirkәt baş verәcәk sığorta hadisәlәrinin tәnzimlәnmәsini davam etdirir. Bu sәbәbdәn mövcud müqavilәlәr qüvvәsindә qaldığı müddәtdә Şirkәt üzrә şikayәt indeksinin hesablanması aparılacaqdır.
Şikayət indeksinin izahı: İndeksin 1.00-dәn aşağı olması hәmin portfel üzrә xidmәt sәviyyәsinin digәr şirkәtlәrlә nisbәtdә yaxşı olduğunu, lakin 1.00-i üstәlәmәsi xidmәt sәviyyәsinin digәr şirkәtlәrә nәzәrәn aşağı olduğunu göstәrir.