“Dünyanın heç bir ölkəsində təbii fəlakətlər nəticəsində dəymiş zərəri dövlət ödəmir”.
FED.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə Hesablama Palatasının ötənilki fəaliyyəti haqqında hesabatın parlamentdə təqdimatı zamanı bildirib.
O, bunu ölkənin sığorta sistemində arxayınlığın olması ilə izah edib: “Sığorta şirkətləri həmişə riskli məsələlərdən uzaqdırlar. Şirkətlər pul yığırlar, amma onlardan ödəniş almaqda çətinliklərlə üzləşirik. Bununla bağlı bizə şikayətlər daxil olur. Son 15 il ərzində dəymiş zərəri dövlətimiz üzərinə götürüb”.
Eləcə də bax: Problemli kreditlərlə bağlı kompensasiya belə veriləcək - MÜSAHİBƏ