Maliyyə Bazarlarına Nəzarət Palatasının Nəzarətin Metodologiyası və tənzimləmə idarəsinin rəisi Orxan İsmayılovun müsahibəsi:
- Azərbaycanda "Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi qaydası" təsdiq edildi. Bu qaydalar nəyi ehtiva edir?
- Problemli kreditlərin həlli ilə bağlı Prezident İlham Əliyevin imzaladığı fərmanın icrasında növbəti mərhələ olaraq aprelin 2-də həmin qaydalar qüvvəyə minib. Onlar ümumiyyətlə, güzəştlərin tətbiqi, kompensasiyaların hesablanması ilə bağlı mexanizmi müəyyən edir. Burada qaydaların əsas prinsipi ödəniş və kompensasiyaların hesablanması prosesində banklar, kredit təşkilatları tərəfindən işin təşkili, eyni zamanda məsələlərə, vətəndaş müraciətlərinə baxılması, mübahisəli məsələlərin həlli ilə bağlı maksimum şəffaf şəkildə tətbiq olunan prisniplər əsasında hazırlanıb. Qaydalarımız strukturuna görə, həm kompensasiyaların hesablanması, restruktrizasiya həcmlərinin müəyyən edilməsi, banklar tərəfindən hesablanmış faizlər və dəbbə pulları üzrə güzəştlərin tətbiqi ilə bağlı çərçivəni əhatə edir. Bundan başqa, qaydalarda vətəndaşlarla işin təşkili ilə bağlı həm banklara dair tələblər müəyyən edilib ki, burada ayrıca sahələrin müəyyən edilməsi, ödənişlərin effektiv şəkildə aparılması ilə bağlı məsələlər əhatə olunur. Eyni zamanda palata ilə özünədair tələblər müəyyən olunub ki, burada vətəndaşların qəbul edilməsi, onların sorğularının cavablandırılması ilə bağlı məsələlər əhatə olunur. Eyni zamanda, vətəndaşların kompensasiyaların əldə edilməsi ilə bağlı tələb olunan sənədlər, bununla bağlı məqamlar əhatə olunub ki, burada da maksimum sadə şəkildə, faktiki olaraq yalnız şəxsiyyət vəsiqəsi ilə vəsaitin əldə edilməsi mümkün olacaq. Yalnız vəfat edən şəxslər olduğu halda, vərəsəlik hüququnu təsdiq edən əlavə sənədin tələb edilməsi nəzərdə tutulacaq.
Eləcə də bax: 140 dövlət müəssisəsinin 10 milyon manatadək vergi borcu silinə bilər
Vətəndaşlar tərəfindən hər hansı bir mübahisəli halın yaranması varsa həmin halların palata nəzdində yaradılmış apellyasiya komissiyası tərəfindən baxılması və həmin komissiyada yekun qərarın verilməsi nəzərdə tutulur. Burada da əsas məqam siyahıda adı çıxmayan vətəndaşlar əgər həqiqətən də məbləğin 10 min dollardan aşağı olan hallar varsa, o halda çıxamayan şəxslərlə bağlı qərarlar qəbul ediləcək. Kompensasiya məbləği fərqli olan vətəndaşların sorğuları ilə bağlı qərarlar veriləcək.
Ümumilikdə qaydalarda kompensasiyaların hansı formada ödənilməsi, nağd, hansı hallarda plastik kartlar üzərində aparılması nəzərdə tutulur. Bundan əlavə, qaydalar həmçinin fəaliyyətdə olan banklar, bank olmayan kredit təşkilatları üzrə hesablanmış kompensasiyalar, eyni zamanda ləğvetmə prosesində olan bankların müştəriləri üçün hesablanmış kompensasiyaların necə ödənilməsi ilə bağlı məqamları əhatə edir.
- Baş vermiş devalvasiya nəticəsində bəzən belə hallar oldu ki, müştəri ödəniş etmədiyindən kreditləri zamin ödəyib. Belə olduğu halda, müştəri, zamin, bank arasında məsələ necə tənzimlənəcək?
- Zaminlərin ödənişlərinin təmin edilməsi ilə bağlı məhkəmə qərarları olub. Müxtəlif zamanlarda zaminlər borcalanlar əvəzinə kredit ödənişləri yerinə yetiriblər. Bu məsələlərin üçtərəfli qaydada, yəni krediti götürən şəxs, krediti ödəyən zamin, bu ödənişlərin həqiqətən də zamin tərəfindən ödənilməsini təsdiq edən sənədləri və buna əmin olmaq üçün bank. Bu məsələnin ən ədalətli yolu ödənişi etmiş zamin və borcalan arsında həll olunmalıdır – üçtərəfli formada həlli nəzərdə tutulub. Bunun ədalətli yolu ödənişi etmiş zamin və borcalan arasında olmaldır. Ancaq bu, mülki münasibətdir və bu münasibətlərdə hər hansı bir problem yaranarsa, o zaman bu məsələlərin elə mülki qaydada həll olunması nəzərdə tutulub.
- Məlum hadisədən sonra banklarla müştərilər arasında yenidən güzəştli şərtlərlə kredit müqavilələri bağlanıldı və kredit ödənişi başa çatdırıldı. Əlavə ödənişlər kompensasiya ediləcəkmi?
- Bankların güzəştli kreditləri nə vaxt bağlaması şərtdir. Bu kompensasiyanın hesablanması üçün xüsusi şərtdir. O baxımdan ki, əgər güzəştli müqavilələr 1-ci devalivasiyadan sonra olubsa və həmin kredit müqaviləsi manata çevrilibsə, o halda, kompensasiya yalnız 1-ci devalvasiyada olan məbləğə görə hesablanacaq. Çünki artıq ikinci devalvasiyada həmin kredit manatda olub və xarici valyutada tək borc olmayıb. Banklar tərəfindən edilən güzəştlərə gəlincə, tutaq ki, güzəşt hər iki devalvasiyadan sonra baş verib - bu zaman vətəndaşa kompensasiya məbləği hesablanır. Bank tərəfindən edilmiş güzəşt həcmində kompensasiya məbləği azaldılır. Vətəndaş bu barədə məlumatı özünün şəxsi vərəqəsində görə biləcək
- Fərmandan sonrakı vəziyyət bank və bank olmayan kredit təşkilatlarına necə təsir edəcək?
- Bu fərman ilk növbədə vətəndaşların sosial vəziyyətinin yaxşılaşdırılmasına xidmət edir. Fərmanın digər tərəfi də bank sektorunu özüdür. Belə ki, fərman vətəndaşların problemli kreditlərlə bağlı borcları azaldılırsa digər tərəfdən kredit təşkilatlarılının da problemli borcları azaldılmış olacaq. Bu da bir növ həmin kredit təşkilatlarının təkrar sağlamlaşdırılmsına xidmət edəcək. Ümumilikdə fərman çərçivəsində restruktrizasiya etdiklərinə görə, vətəndaşlara güzəştli müqavilələr təşkil etdiyinə görə dövlət zamənətli ilə Mərkəzi Bank tərəfindən kreditlərin ayrılması nəzərdə tutulub. Həmin güzəştli kreditlər sektor əlavə likvid resursların axınını təmin edəcək və banklarımız, kredit təşkilatları da həmin vəsaitləri təkrar olaraq iqtisadiyyata ötürməklə oradan əlavə - iqtisadiyyata töhvə, özlərinin sağlamlaşdırlıması, mənfəətliyinə əlavə təsir etmiş olacaqlar.
- Fərmandan sonra kredit ödənişlərini həyata keçirərək banka olan borcunu bağlayan və ödəniş həyata keçirə bilməyən müştəri arasında hər hansı fərq olacaqmı?
- Prezidentin fərmanında borc götürüb ödəmiş və ödəməmiş şəxslər mövcuddur. Fərman borcu ödəyənlərə hər hansı kompensasiya hesablanmamasını nəzərdə tutmur. Burada borclarını bağlamış şəxslər məzənnə fərqindən təsirləniblərsə onlar da həmin həcmdə kompensasiya olunacaqlar. Həmin vətəndaşlara kompensasiya təqdim olunacaq. Fərq bundan ibarət olacaq ki, əgər bugünkü gündə hər hansı vətəndaşın ödəniş müddəti keçmiş kreditləri mövcuddursa, o zaman həmin hesablanmış kompensasiyalar ilk növbədə həmin borcların bağlanmasına yönələcək, yəni həmin vətəndaşın kredit yükünün azaldılmasına istiqamətlənəcək. Əgər vətəndaş borclarını bağlayıbsa və bu gün hər hansı ödəniş müddəti keçən kredit öhdəliyi yoxdursa həmin halda hesablanmış kompensasiyalar tam olaraq vətəndaşın sərəncamına veriləcək.
- Ləğvetmə prosesində olan bankların müştərilərinə kompensasiyalar necə ödəniləcək?
- Kompensasiya ödənişləri ilə bağlı hazırlanmış qaydalarda xüsusi bir mexanizm müəyyən olunub. Belə ki, hazırda fəaliyyətdə olan bankların müştəriləri onlara hesablanmış kompensasiya məbləğlərini həmin banklardan əldə edəcəklər. Bank olmayan kredit təşkilatları və ləğvetmə prosesində olan banklar müəyyən edilmiş mexanizm həmin vəsaitlərin “Azərpoçt” vasitəsilə vətəndaşlara çatdırılması nəzərə tutulub. Bu, hesablanmış kompensasiyalar “Azərpoçt” vasitəsilə vətəndaşlara çatdırılacaq. Bu barədə məlumat da vətəndaşın şəxsi vərəqəsində veriləcək.