"Azərsığorta" şirkətinin Çağrı mərkəzinə müraciət qəbulu müvəqqəti olaraq dayandırılır.
FED.az xəbər verir ki, baş ofisinin yeni məkana köçürülməsi və texniki işlərlə əlaqədar olaraq 3 yanvar tarixində Çağrı mərkəzinə müraciət qəbulu müvəqqəti olaraq dayandırılacaq.
Bu barədə Şirkətin məlumatında bildirilib.
Qeyd edilib ki, alternativ olaraq 051 252 00 34 və 050 234 99 70 nömrələri aktiv olacaq.
Şirkət müştərilərinə 7 yanvar tarixindən etibarən yeni ünvanda (Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küç. 31) xidmət göstərməyə davam edəcək.