Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti ötən ilin maliyyə göstəricilərini elan edib.
FED.az xəbər verir ki, dövlət sığorta şirkəti 2022-ci ili 2 milyon 301,7 min manat xalis mənfəətlə başa vurub
Hesabat dövründə sığorta şirkəti 15,8 milyon manat cəmi aktivlərə, 24,7 milyon manat cəmi öhdəliklərə malik olub. Öhdəliklər son bir ildə təxminən 2 dəfəyədək azalıb. Ödəliklərin 23,2 milyon qeyri-həyat sığortası üzrə sığorta ehtiyatları olub
Mənfəətin kəskin artması onun yığılmış zərərini də azaldıb. Zərər həcmi 25,3 milyon manatdan 22,5 milyon manata düşüb.
Şirkətin kapitalındakı kəsrdə azalma hiss olunub. Belə ki, kapitaldakı 11,3 milyon manatlıq kəsir, ötən il 8,9 milyon manata enib.