“İpək Yolu Sığorta”-nın maliyyə vəziyyəti məlum olub. FED.az şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu ilin əvvəli ilə müqayisədə hesabat dövrünün sonuna şirkətin aktivləri 18 milyon 219 min 955 manat və ya 60,88% artaraq 48 milyon 145 min 848 manat təşkil edib.
Eləcə də bax:“Qala Sığorta” müştərinin - ƏMƏLİYYAT XƏRCLƏRİNİ ÖDƏDİ
İlin əvvəli ilə müqayisədə sığorta şirkətinin kapitalı da artıb. Belə ki, ilin əvvəli ilə müqayisədə hesabat dövrünün sonuna şirkətin cəmi kapitalı 1 milyon 614 min 032 manat və ya 7,25% artaraq 23 milyon 861 min 088 manat təşkil edib.
Hesabat dövründə şirkətin öhdəlikləri də artıb. Belə ki,oktyabrn 1-nə olan məlumata görə, “İpək Yolu Sığorta”-nın öhdəlikləri 16 milyon 605 min 922 manat və ya 3,16 dəfə artaraq 24 milyon 284 min 760 manat təşkil edib.
30 sentyabr 2019-cu il tarixinə şirkətin cəmi gəlirləri 24 milyon 022 min 824 manat , xərcləri isə 22 milyon 405 min 965 manat təşkil edib. Nəticədə də şirkət bu ilin 9 ayını 1 milyon 616 min 859 manat xalis mənfəətlə başa vurub. Şirkət mənfəət vergisi ödəməyib.