Siyahıya əsasən işçi başına ən çox yığım “Paşa Həyat Sığorta” ASC şirkətinə məxsusdur ki, burda hər bir işçiyə 1 mln 137,1 min manat yığım düşür, ikinci yeri “İpək Yolu Sığorta” ASC tutur- 540,9 min manat. İşçi başına ən az yığım isə “Bakı Sığorta” ASC-dir ki, burada hər işçi şirkətə cəmi 20,3 min manat sığorta haqqı gətirir.
Hər işçiyə düşən sığorta haqqının məbləği sığorta şirkətlərinin sığorta haqlarını nə qədər asanlıqla və ya əksinə, çətinliklə topladıqlarının da göstəricisi sayıla bilər.
“Azərsığorta” DSKŞ və "Naxçıvansığorta" ASC şirkətləri öz işçilərinin sayını gizlətdikləri üçün onlarda sözügedən göstəricini hesablamaq mümkün olmayıb.
Sığorta şirkətləri | Hər işçiyə düşən yığım |
“AXA MBASK” | 167,8 |
“Meqa Sığorta” | 178,5 |
“İpək Yolu Sığorta” | 540,9 |
“Xalq Sığorta” | Açıqlamır |
“Standart İnsurance” | 112,6 |
“AtaSığorta” | 58,6 |
“Qala Həyat” Sığorta | 171,9 |
“Qala Sığorta” | 115,4 |
“Paşa Sığorta” | 390,8 |
“Günay Sığorta” | 42,3 |
“AzSığorta” | 47,1 |
“Atəşgah Sığorta” | 83,8 |
“Rəvan Sığorta” | 40 |
“Əmrah Sığorta” | 26,4 |
“Sənaye Sığorta” | 133,7 |
“A - Group Sığorta” | 75,8 |
“Atəşgah Həyat Sığorta” | 511,3 |
“Paşa Həyat” Sığorta | 1 137,1 |
“Bakı Sığorta” | 20,3 |
“Naxçıvansığorta” ASC | Gizlədir |
Azərsığorta Dövlət Şirkəti | Gizlədir |