6 dekabr 2019-cu il tarixində Bakı Biznes Universitetinin təşəbbüsü, “Azərbaycan Sığortaçılar Assosiasiyası” İctimai Birliyi, Azərbaycan Aktuar Assosiasiyası və “Standard İnsurance” ASC –nin təşkilatçılığı ilə tədrisin keyfiyyətinin yüksəldilməsi və Əmək bazarında yeni peşə ixtisaslı kadrlara olan ehtiyacın təmin edilməsi məqsədilə Bakı Biznes Universitetində dəyirmi masa keçirilmişdir.
FED.az xəbər verir ki, görüşün əsas məqsədlərindən biri ölkəmizdə bu sahənin inkşaf istiqamətlərinin genişləşdirilməsi, müasir bazarın tələbinə cavab verən ixtisaslı kadrların hazırlanması üçün lazımı texniki bazanın yaradılması, o cümlədən tədrisinin aparılmasından ibarət olmuşdur.
Eləcə də bax:İcbari tibbi sığorta haqqı – 1 APRELDƏN YIĞILACAQ - RƏSMİ AÇIQLAMA
Tədbiri giriş sözu ilə Bakı Biznes Universitetinin rektoru İqtisad elmləri doktoru, professor, İbad Abbasov açıb o, bu sahənin vacibliyindən mövcud kadr çatışmazlığından , müasir bazarın tələblərinə cavab verən o cümlədən yeni aktuari ixtisasının yaradılması və tədrisinin zəruruliyindən bəhs edib.
Daha sonra iqtisad elmləri doktoru, AMEA-nin müxbir üzvi Akif Musayev mövzunun aktuallığından və əmək bazarında bu gün yeni ixtisaslı kadrlara o cümlədən aktuarlara olan tələbdən bes edərək, dünya təcrübəsindən misallar çəkmişdir. Azərbaycan Sığortaçılar Assosasiyası İB sədr müavini Elsəvər Tanrıverdiyev müasir sığorta bazarında aktuarilərin mövqeyindən və onların iş imkanlarından bəhs etmişdir. Əlavə olaraq tədbirdə ölkənin aparıcı sığorta şirkətlərinin biri olan və tədbirin əsas təşkilatçılığını edən ASC Standard İnsurance Sığorta Şirkətinin idarə Heyətinin sədri Anar Sadıxov çıxış edərək bu görüşün əsas mahiyyətindən, sığorta bazarında olan iş imkanlarından və Bakı Biznes Universiteti ilə aparılan əməkdaşlığın o cümlədən tələbə və məzunların işlə təmin olunmasında danışıb.
Dəyirmi masada ölkənin digər aparıcı sığorta şirkətlərin “Rəvan Sığorta” ASC-nin, “PAŞA Həyat” sığorta ASC-nin, “AtaSığorta” ASC-nin, “AZSIĞORTA” ASC-nin, “Xalq Həyat” Sığorta Şirkəti ASC-nin, “İpək Yolu Sığorta” ASC-nin, “AXA MBASK” ASC-nin, “Azərbaycan Sənaye Sığorta” ASC-nin, “Bakı Sığorta” ASC-nin, “AzRe Təkrarsığorta” ASC-nin, “Qala Həyat” Sığorta Şirkəti ASC-nin, AzərSığorta DSKŞ-ın və “Atəşgah Həyat” Sığorta Şirkəti ASC-nin nümayəndələri iştirak etmişdir.
Görüş dəyirmi masa arxasından səmimi müzakirələrdən sonra çay süfrəsi ilə yekunlaşıb.