Azərbaycanın bank sektorunda sənaye sahəsinə yönələn kreditlərin həcmində azalma müşahidə olunur. Bu ilin dekabrın 1-nə sənayeyə verilən kreditlərin ümumi həcmi 2 milyard 677,3 milyon manat təşkil edib.
FED.az biznes və maliyyə xəbərləri portalı Azərbaycan Mərkzi Bankının statistikasına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 73,9 milyon manat və ya 2,7% azalma deməkdir.
Belə ki, ötən ilin dekabrın 1-də sənaye müəssisələrinə 2 milyard 751,2 milyon manat kredit ayrılmışdı.
Portfeldəki geriləmə ilin əvvəlindən bəri də davam edib. Ötən ilin sonuna (2 mlrd. 711,3 mln. manat) nəzərən portfel 34 milyon manat (1,3%) azalıb. Son bir ayda (noyabra nəzərən) isə 14,7 milyon manatlıq (0,5%) azalma qeydə alınıb.
Xatırladaq ki, sənayeyə verilən kreditlər bu ilin noyabrın 1-nə 2 milyard 692 milyon manat, ötən ilin sonunda 2 milyard 711,3 milyon manat, ötən ilin eyni dövründə isə 2 milyard 751,2 milyon manat təşkil edirdi.












