Azərbaycanda sığortanın satış kanallarının genişləndirilməsi üçün mühüm işlər aparılır.
Daşınmaz əmlak sığortası 10 ilə yaxındır ki, icbari qaydada tətbiq edilir. Lakin bu sahədə qanunvericilik və sığorta şərtlərinin xeyli yaxşılaşdırılmasına ehtiyac var.
"Ötən il 600 milyon manata yaxın sığorta ödənişi olub"
FED.az xəbər verir ki, bunu Mərkəzi Bankın (AMB) baş direktoru Ziya Əliyev Bakıda keçirilən “Katastrofik risklərə qarşı dayanıqlı maliyyə sistemi konfransı”nda deyib.
O bildirib ki, hazırda AMB xarici təcrübələrə əsaslanaraq sığorta sektoru ilə birgə ciddi və intensiv müzakirələr aparır. AMB sığorta sahəsində requlyator olduqdan sonra sektorun inkişafı üçün böyük ölçülü strategiya həyata keçirməkdədir. Ən öncül srateji məqsədlərimizdən biri sığorta sahəsinə inamın gücləndirilməsidir.
Bunun üçün ötən dövrdə sığortaşılara nəzarət xeyli gücləndirilib. Həm onların maliyyə dayanaqlılığı, həm də onların sığortalılara qarşı rəftarına münasibətdə bu tədbirlər həyata keçirilməkdədir. Tələblərə cavab verməyən sığortaçılar qanun çərçivəsində bazardan kənarlaşdırılır.
"Sığorta sektorununn satış, anderraytinq, zərərlərin tənzimlənməsi sahəsində xidmətlərin keyfiyyətinin artırılması üçün onların etibarlı məlumat layihələri həyata keçirilir. Əhalinin və biznesin sığorta fərqindəliyini yüksəltmək üçün artıq dördüncü ildir ki, geniş ölçüdə maarifləndirmə layihəsi həyata keçilir. Ölkədə sığortanın dağılım kanallarının genişləndirilməsi üçün də sığorta sektoru ilə birgə mühüm işlər aparırıq. Sığorta agentlərinin yeni nəslinin yetişdirilməsi diqqətimizdədir. “Bank-insurance" kanalının genişlənməsi üçün banklarla və sığortaçılarla birlikdə çalışırıq. Bu yaxınlarda bank müştərilərinin həyat sığortasının genişləndirilməsi üçün yeni tənzimləmələr tətbiq edəcəyik" - deyə Ziya Əliyev əlavə edib.