"Meqa Sığorta" səyahət sığortası çərçivəsində daha bir iri sığorta ödəniş həyata keçirib.
FE.az xəbər verir ki, Şengen vizası çərçivəsində Avropa ölkələrinə səfər zamanı tələb olunan “Səyahət Sığortası” məhsulu əldə etmiş vətəndaşımız Avstriyanın Vyana şəhərində olarkən qəfil ürək çatışmazlığı nəticəsində vəfat etmişdir. Baş vermiş hadisəyə görə "Meqa Sığorta" mərhumun cənazəsinin Azərbaycana gətirilməsi üçün 17546 manat məbləğində sığorta ödənişi həyata keçirməklə repatriasiya ilə bağlı yaranmış bütün xərcləri qarşılamışdır.
Meqa Sığortanın təklif etdiyi “Səyahət Sığortası” xarici ölkədə olarkan yarana biləcək bir çox xoşagəlməz hallara təminat verir. Bura səfər zamanı qəfil xəstəlik və ya qəza nəticəsində tibbi yardımla bağlı xərclərin qarşılanması, zəruri hallarda ən yaxın tibbi mərkəzə və ya xəstəxanaya təxliyə, repatriasiya xərcləri – ciddi xəstəlik və ya qəza nəticəsində sığortalının vəfatı halında vətənə gətirilmə xərclərinin qarşılanması, səfər zamanı tələb olunan tibbi məsləhətlərin verilməsi və zəruri hallarda həkim yönləndirilməsi, uçuşun gecikməsi, baqajın itirilməsi, zədələnməsi və s. təminatlar daxildir.
Xarici ölkəyə səfər edərkən səyahət sığortası təminatı əldə etmək üçün https://store.meqasigorta.az/travel/ linkinə keçid etməklə məhsulu tam olaraq onlayn qaydada əldə edə bilərsiniz. Sığorta haqqını onlayn ödədikdən sonra sığorta şəhadətnaməsi dərhal e-poçt ünvanınıza göndərilir. Beləliklə, növbə gözləmədən cəmi bir neçə dəqiqəyə rəsmi sığorta şəhadətnamənizi əldə edirsiniz.