Ölkənin aparıcı sığorta şirkətlərindən olan “Atəşgah” Sığorta Şirkəti MITSUBISHI L200 markalı minik avtomobilinə 17 500 AZN (on yeddi min beş yüz ) manat KASKO sığorta ödənişi edib.
FED.az xəbər verir ki, 13.11.2023 -cü il tarixində Xocavənd rayonu ərazisində baş vermis yol nəqliyyat hadisəsi nəticəsində, MITSUBISHI L200 markalı minik avtomobili idarəetməni itirərək aşmışdır.
Hadisə ilə bağlı minik avtomobilinə dəymiş maddi zərər “Atəşgah” Sığorta Şirkətinin Texniki ekspertiza şöbəsi tərəfindən qiymətləndirilmiş və sığortalıya 17 500 AZN (on yeddi min beş yüz manat) həcmində sığorta ödənişi edilmişdir.