Ləğv prosesində olan "Amrah Sığorta" ASC-nin səhmdarlarının aprelin 19-da, saat 15:00-da keçirilməsi planlaşdırılan ümumi yığıncağının vaxtı mayın 27-si, saat 15:00-a dəyişdirilib.
Eləcə də bax: “Amrah Sığorta”nın ləğv prosesi yenidən - Müzakirə Olunacaq
FED.az xəbər verir ki, buna səbəb səhmdarlardan birinin bu aya nəzərdə tutulmuş yığıncaqda iştirak edə bilməməsidir.
Gələn aya təyin edilmiş yığıncaq isə Bakı şəhəri, Nərimanov rayonu, Rasim Muxtarov küçəsi, 38 ünvanında olacaq. Yığıncağın gündəliyinə şirkətin ləğv olunması prosesinin müzakirə olunması məsələsi daxildir.
Xatırladaq ki, "Amrah Sığorta" 1993-cü ildə "Dəniz Biznes" adı ilə yaradılıb, 2013-cü ildə rebrendinq edib. Onun nizamnamə kapitalı 5,3 milyon manatdır. Şirkətin səhmlərinin 85%-i Yunis İldırımzadəyə, 15%-i isə onun oğlu Əmrah İldırımzadəyə məxsusdur.