“Qala Sığorta” və “Qala Həyat” şirkəti “8 Mart – Beynəlxalq Qadınlar Günü” ilə bağlı könüllü sığorta məhsulları üzrə xüsusi kampaniya elan edir.
Şirkətin İctimaiyyətlə Əlaqələr Xidmətindən FED.az saytına bildirib ki, kampaniyanın şərtlərinə görə, 06 mart tarixindən 30 mart tarixinədək “Qala Həyat” və Qala Sığorta”nın könüllü sığorta məhsullarını əldə edən xanımlara 20%-dək güzəşt imkanı yaradılacaq.
“Qala Sığorta” və ya “Qala Həyat” şirkətinin könüllü sığorta məhsulları ilə bağlı ətraflı məlumat almaq üçün (012) 377 10 10, (012) 404 77 44 və ya 1540 qısa nömrəsinə zəng edə bilərsiniz.
Qeyd edək ki, kampaniya 30 mart 2020-ci il tarixinədək qüvvədədir.
“Qala Sığorta” və “Qala Həyat” şirkətinin kollektivi fürsətdən istifadə edərək qarşıdan gələn “8 Mart - Beynəlxalq Qadınlar Günü” münasibəti ilə bütün xanımları təbrik edir.
Bayramınız Mübarək Olsun!