"PAŞA Sığorta" şirkətinə daxil olan çoxsaylı şikayətlər əsasında şirkətlə əlaqəsi olmayan bir qrup şəxs tərəfindən dələduzluq halları qeydə alınıb.
FED.az xəbər verir ki, araşdırmalara əsasən müəyyən edilib ki, dələduzlar "PAŞA Sığorta" adından zənglər edərək vətəndaşları işə dəvət edir və işə qəbul qarşılığında ödəniş terminalları vasitəsilə müəyyən məbləğdə pul köçürmələri tələb edirlər. Sözügedən dələduzluğun bir neçə qurbanı qeydə alınıb, belə ki, iş təklif olunan bəzi insanlar tələb edilən miqdarda ödəniş həyata keçiriblər.
"PAŞA Sığorta" şirkəti vətəndaşları bu kimi təkliflərə aldanmamağa çağırır. Bu və bənzəri hallar şirkətin işə qəbul siyasətinə ziddir və bu şəxslərin "PAŞA Sığorta" ASC ilə heç bir əlaqəsi yoxdur.