Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) sığortaçıda rəhbər vəzifəyə təyinatı nəzərdə tutulan şəxslər və sığorta vasitəçiliyi fəaliyyətinə lisenziya almaq istəyən şəxslər üçün keçirilmiş attestasiyanın nəticələrini açıqlayıb
FED.az Palataya istinnadən xəbər verir ki, 07 və 08 fevral 2019-cu il tarixlərində sığortaçıda rəhbər vəzifəyə təyinatı nəzərdə tutulan şəxslər və sığorta vasitəçiliyi fəaliyyətinə lisenziya almaq istəyən şəxslər üçün attestasiya keçirilib.
Eləcə də bax: Sığorta şirkətini müflis edə biləcək - 8 ƏN BÖYÜK RİSK
Nəticələrə əsasən attestasiyada iştirak edən namizədlərdən 7 nəfər keçid balını toplayaraq attestasiyanı müvəffəqiyyətlə başa vurub.
Qeyd edək ki, “Sığortaçıların rəhbər işçisi vəzifələrinə namizədlər müvafiq sığorta vasitəçiliyi üzrə fəaliyyətə lisenziya, həmçinin aktuari fəaliyyətinə aktuari şəhadətnaməsi almaq istəyən fiziki şəxslər üçün attestasiyanın təşkili və keçirilməsi” Qaydalarının 5.6-cı bəndinə əsasən attestasiyada iştirak edən şəxs 70 test tapşırığına düzgün cavab verdikdə attestasiyadan keçmiş hesab olunur.
Siyahıya buradan baxa bilərsiniz.
Palata attestasiyanın nəticələrini – AÇIQLADI
17:45
13 Fev 2019