2021-ci ildə Azərbaycanın sığorta sektorunun xalis mənfəəti (sığorta, təkrar sığorta və broker şirkətləri daxil olmaqla) 66,046 milyon manat təşkil edib ki, bu da 2020-ci ilin göstəricisindən 27,8% azdır.
FED.az xəbər verir ki, hesabat dövründə sığorta sektorunun gəlirləri 2020-ci illə müqayisədə 6,7% - 923,64 milyon manata qədər azalıb.
Sığorta haqları 10,2% - 875,469 milyon manata qədər artıb, xalis mənfi sığorta ehtiyatları bil il əvvələ olan 62,181 milyon manata qarşı 73,261 milyon manat təşkil edib.
Sığorta bazarının iştirakçılarının investisiya gəlirləri 57,15 milyon manat (azalma 13,7%), sığorta haqlarında təkrar sığortaçıların payı 42,061 milyon manat (artım 2,4 dəfə) təşkil edib.
Hesabat dövründə sığorta sektorunun xərcləri 4,5% - 842,299 milyon manatadək azalıb. Sığorta ödənişləri 497,117 milyon manat (artım 0,8%), təkrar sığorta ödənişləri 112,405 milyon manat (azalma 27,1%), işin aparılması xərcləri 197,621 milyon manat (artım 1,7%) təşkil edib.
2021-ci ildə sığortaçılar 15,295 milyon manat məbləğində (azalma 5,3%) mənfəət vergisi ödəyiblər.
2022-ci il yanvarın 1-nə sığorta sektorunda 32 hüquqi şəxs qeydiyyata alınıb, onların 31-i özəl hüquqi şəxsdir (7 şirkət xarici kapitala malikdir - İF). Bundan başqa, 2022-ci ilin əvvəlinə ölkədə 20 sığorta, 1 təkrarsığorta və 11 broker şirkəti fəaliyyət göstərib. (İnterfaks-Azərbaycan)